18:18 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
177 saylı orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir

Cümhuriyyətin 100 illiyi 177 saylı məktəbdə qeyd edilib

© Sputnik / Irade JELIL
XƏBƏRLƏR
Qısa URL
51800

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Təhsil İdarəsinin nümayəndələri də iştirak ediblər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. 2018-ci il may ayının 28-də müsəlman Şərqində qurulmuş ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq ölkə prezidenti İlham Əliyevin 16 may 2017-ci il Sərəncamında qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

Spuntik Azərbaycan xəbər verir ki, bu çərçivədə keçirilən silsilə tədbirlərdən biri də bu gün 177 saylı orta məktəbdə baş tutub. Məktəbin 6-cı sinif şagirdlərinin ifasında şerlər, rəqslər və özündə milli-mənəvi dəyərləri birləşdirən bədii kompozisiya təqdim edilib.

Məktəbin direktoru Günel Xanlarova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması, onlarda tarixin salnaməsində iz qoyub getmiş, dövlətçilik ənənələrini formalaşdırmış Azərbaycan Xalq Cümhuriyyətinin dəyərinin çatdırılmasıdır.

Günel Xanlarova 177 saylı məktəbin direktoru
© Sputnik / Irade JELIL
Günel Xanlarova 177 saylı məktəbin direktoru

"Bildiyiniz kimi, bu il Cümhuriyyətin 100 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu tədbir də bizim digər tədbirlərimizlə yanaşı may ayı ərzində nəzərdə tutulmuş tədbirlərdən biridir. Tədbirdə səhnəciklər, rəqs nümunələri və şer ifaları nəzərdə tutulub", — direktor deyib.

Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Vətanə Zeynalova isə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi bütün respublikada təntənəli şəkildə qeyd edilir: "Bizim məktəb də bu tədbirlər silsiləsinə qoşulub. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həm ordunun yaranmasının 100 illiyi münasibəti ilə tədbirlər təşkil etmişik. Həmçinin şagirdlərdə milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirməyi, onlarda vətənpərvərlik eşqini daha da alovlandırmağı, müstəqillik, onlara azadlıq uğrunda mücadilələri xatırlatmağı qarşımıza məqsəd qoymuşuq".

  • Azərbaycan dili ədəbiyyat müəllimi Vətanə Zeynalova
    Azərbaycan dili ədəbiyyat müəllimi Vətanə Zeynalova
    © Sputnik / Irade JELIL
  • 177 saylı orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir

1 / 7
© Sputnik / Irade JELIL
Azərbaycan dili ədəbiyyat müəllimi Vətanə Zeynalova

V.Zeynalova daha sonra qeyd edib ki, bu gün keçirilən tədbir 6-cı sinif şagirdlərinin təqdimatındadır: “Şagirdlərimiz professional rəqqas və aktyor olmasalar da, istedadlı və bacarıqlıdırlar. Tədbirimizdə ədəbi-bədii kompozisiyalar təqdim ediləcək. Belə tədbirlərin təşkili və keçirilməsində şagirdlərimizin də böyük marağı var".

Tədbir Vətanə Zeynalovanın ifasında Əhməd Cavadın "Mən Türk övladıyım" şeri ilə başlayıb. Daha sonra şagirdlərin rəqsləri təqdim olunub. Ardınca məktəbli ifasında "Yenilməz batalyon" filmindən mahnı ifa edib.  Tədbir şagirdlərin iştirakı ilə hazırlanmış səhnəciklərlə davam edib.

Qeyd edək ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Təhsil İdarəsinin nümayəndələri də iştirak ediblər.

Əlaqədar

Cümhuriyyət ilinin loqotipi hazırlanıb
Azərbaycanda "Cümhuriyyət parkı"nın salınması təklif olunur
Prezident Cümhuriyyət abidəsini ziyarət edib
Cümhuriyyət Azərbaycan tarixinin ən şərəfli səhifəsidir
Xalqın azadlıq arzusundan yaranan Cümhuriyyət
Teqlər:
tədbir, məktəb, Cümhuriyyət

Əsas mövzular