Qərb rayonlarına xəbərdarlıq edildi

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
Respublikanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq

BAKI, 23 may — Sputnik. Mayın 25-i gündüz, əsasən, qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0