02:12 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
70 0 0

Hadi Rəcəbli: "Ailələrin dağılmasının səbəblərindən biri "Facebook" və digər saytlardır"

BAKI, 23 may — Sputnik. Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri "Facebook" və digər saytlardır. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən tədbirdə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, ailələrin dağılmasında, boşanmalarda, erkən nikahlarda sosial şəbəkələr, "Facebook" və s. kimi zərərli amillər böyük rol oynayır: "Çünki çoxları sosial şəbəkələrdən əyləncə kimi istifadə edirlər və nəticədə ciddi problemlərlə qarşılaşırlar".

Millət vəkili ailədaxili konfliktlərdə övladların ələbaxımlılığa öyrədilməsinin "böyük" rol oynadığını deyib: "Ailələrdə qızı da, oğulu da ələbaxımlılığa öyrədirlər. Onların hər ikisi də işləyə, pul qazana bilər, amma valideynlər bunu etmirlər və həmin gənclər sonradan ailə quranda ciddi problemlər yaranır".

Komitə sədri onu da bildirib ki, ölkədə çoxuşaqlılıq azalıb: "Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, hazırda 2 uşaq doğulur".

Əlaqədar

Daha bir deputat maaş azlığından şikayətləndi
Deputat: “Azərbaycanda gənc nəslin nümayəndələri cəsarətlə önə çəkilir”
Deputat: “Gürcüstanda gənclərimiz azərbaycanlı olduğu üçün işlə təmin olunmur”
Deputat: "Prezident cəsarətli addım ataraq o qəbirlərin açılmasına göstəriş verdi"
Deputat: “Putinin yenidən seçilməsi münasibətlərimizi möhkəmləndirəcək”
Deputat rüşvət üstündə həbs edildi
Teqlər:
"Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər", Əmək və sosial siyasət komitəsi, millət vəkili, "Facebook", Milli Məclis, Hadi Rəcəbli

Əsas mövzular