00:02 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
44 0 0

Bakıda “Qərarların Qəbulunda Vətəndaş İştirakçılığı" mövzusunda konfrans keçirilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Bakıda “Qərarların Qəbulunda Vətəndaş İştirakçılığı" mövzusunda konfrans keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Avropa Şurası və Avropa İttifaqının Azərbaycan nümayəndəliklərinin rəhbərləri, Milli Məclisin üzvləri, hökumət nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Açılış sessiyasında çıxış edən Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyes öncə Avropa Şurasının Bakı nümayəndəliyinin fəaliyyətinin 2014-2017-ci illər üzrə nəzərdə tutulan fəaliyyət planına uyğun həyata keçirildiyini vurğulayıb. "Qərarların Qəbulunda Vətəndaş İştirakçılığı" mövzusunda müzakirə edilən layihənin Aİ və Avropa Şurasının birgə layihəsi olduğunu vurğulayan Hernyes bu sənəddə hökumətin bütün səviyyələrində vətəndaşların iştirakını nəzərdə tutan bir sıra prinsiplərin, qanunvericilik, institusional çərçivələrin yaradılması, şəffaflığın təmin olunması, qərarların qəbulunda xüsusilə qadınların iştirakının təmin olunması kimi prinsiplərin daxil edildiyini bildirib.

Hernyes çıxışının sonunda Avropa Şurasının Azərbaycanda bu sahədə lazımı nəticələr əldə edilməsi üçün öz tövsiyələrini verməyə davam edəcəyini qeyd edib.

Avropa Şurası Demokratiya Baş Direktorluğunun Demokratik İdarəçilik Departamentinin rəhbəri Daniel Popescu qeyd edib ki, mövcud olan qanunvericilik təkamül prosesində inkişaf etdirilməlidir: "İştirakçılığı daha asan şəkildə təşkil etmək üçün qanunvericiliyin təkmilləşdirilməsi prosesini davam etdirəcəyik".

Daha sonra çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da çıxışı zamanı qeyd edib ki, layihənin icrasında əsas məqsəd bu sahəni təkmilləşdirmək və bu günün, sabahın tempinə uyğun olaraq təşkil etməkdir.

Tədbirdə çıxış edən çillət vəkili, QHT Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Azərbaycanda qərarların qəbulunda vətəndaş iştirakçılığının Konstitusiyanın 54-cü maddəsinin birinci hissəsinin əsas tələbi olduğunu qeyd edib: "Bu tələbi yerinə yetirmək üçün qəbul edilmiş qanuna əsasən, mərkəzi, yerli icra hakimiyyət orqanlarında, yerli özünü idarəetmə orqanlarında ictimai şuralar yaradılıb. Nazirlər Kabinetinin qəbul etdiyi Xüsusi Əsasnaməyə əsasən, vətəndaş qurumları bir araya gələrək Nazirliklər yanında özünün qurumunu yaradır ki, qəbul edilən qərarların hazırlanmasında iştirak etsinlər".

Quliyev vurğulayıb ki, bu günə qədər bu istiqamətdə xeyli işlər görülüb: "Artıq 10 mərkəzi icra, 6 yerli icra orqanlarının yanında ictimai şura formalaşdırılıb. Daha 4 yerli icra orqanlarında bu proses davam edir. İctimai şuralar vətəndaşların səsinin, sözünün qurumlara çatdırılmasında unikal mexanizm kimi iştirak edirlər. Bu qurumların sayının daha da artırılmasını istəyirik. Ümid edirəm, yaxın zamanda bu proses daha geniş yayılacaq. Ümumiyyətlə, Azərbaycanda bununla bağlı vəziyyəti qənaətbəxş hesab etmək olar. Bu, dövlət başçısının siyasətidir".

Konfrans Avropa Şurası Nazirlər Komitəsinin "Siyasi Qərarların Qəbulunda Vətəndaş İştirakçılığı"-na dair Rəhbər Prinsiplərini təqdim etmək, eyni zamanda ictimai iştirakçılığın qanunvericilik əsasları və praktikası, ictimai iştirakçılıqda şəffaflıq və informasiya təminatı, qadınların qərarlarının qəbulunda iştirakına dair Azərbaycandakı vəziyyətlə bağlı müzakirələrlə davam etdirilib və tövsiyələr səsləndirilib.

Əlaqədar

Azərbaycanlıların soyqırımı ilə bağlı beynəlxalq elmi konfrans keçirilib
Vərəmlə mübarizə gününə həsr olunmuş konfrans keçirilib
Siyəzən Regional Diaqnostika Mərkəzində konfrans keçirilib
Prezidentin iştirakı ilə konfrans keçirilir
Bakıda mühüm beynəlxalq konfrans keçirilir
Teqlər:
Qərarların Qəbulunda Vətəndaş İştirakçılığı", Avropa Şurası, Azay Quliyev, konfrans, Avropa İttifaqı

Əsas mövzular