Bakının 500 balaca sakinindən tələb: Bizə uşaqlığımızı qaytarın!

© Photo : Namik IbragimovДвор домов по улице генерала Шихлинского
Двор домов по улице генерала Шихлинского - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının Xətai rayonu ərazisindəki General Şıxlinski küçəsində yerləşən üç binanın balaca sakinləri uşaq oyun meydançasından məhrum olublar

BAKI, 18 may — Sputnik. Bakının Xətai rayonu ərazisindəki General Şıxlinski küçəsində yerləşən üç binanın balaca sakinləri uşaq oyun meydançasından məhrum olublar. Paytaxt sakini Namiq İbrahimov Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edərək sözügedən ünvandakı 47, 49 və 51 nömrəli evlərin sakinlərinin üzləşdiyi problemi anladıb.

"Bu problem 10 ildən artıqdır ki, bizi izləyir. Bir neçə bina sakini uşaq meydançasını zəbt edərək oranı avtomobil dayanacağına çeviriblər və öz maşınlarını orada saxlayırlar. Burada 500 ailə yaşayır ki, onların da hər birində minimum 1 azyaşlı uşaq var. Uşaqlar lap çoxdur, amma onların oynaması üçün həyətdə yer yoxdur. Əvvəllər burada turniklər, uşaqların əylənməsi üçün ləvazımatlar vardı. İndi isə onları yığışdırıblar ki, avtomobilləri rahat parklaya bilsinlər" — deyə İbrahimov bildirib.

© Photo : Namik IbragimovBakının Xətai rayonu ərazisindəki General Şıxlinski küçəsində yerləşən üç binanın həyəti
Bakının 500 balaca sakinindən tələb: Bizə uşaqlığımızı qaytarın! - Sputnik Azərbaycan
Bakının Xətai rayonu ərazisindəki General Şıxlinski küçəsində yerləşən üç binanın həyəti

O qeyd edib ki, bir il əvvəl binaların 50 sakini birlikdə Prezident Admministrasiyasına, birinci xanım Mehriban Əliyevaya, Ombudsman Aparatına, Bakı şəhər və Xətai rayon icra hakimiyyətlərinə bu problemlə bağlı müraciət ünvanlayıblar. Tezliklə Xətai İH müvafiq Mənzil Kommunal İstismar Sahəsinə (MKİS) zəng edərək problemi aradan qaldırmağı tapşırıb. Bundan sonra meydançaya uşaqlar üçün çardaq ("besedka") və oyun kubları gətiriblər ki, guya uşaqların oynaması üçün şərait yaradırlar. Lakin iki gündən sonra uşaq meydançasının bərpası istiqamətində iş dayanıb və meydança yenidən avtodayanacağa çevrilib.

"Burada elə adamlar yaşayır ki, onların uşaqlarının asudə vaxtını layiqincə keçirməsi üçün harasa aparmaq imkanı yoxdur. Həyət yeganə yerdir ki, uşaqları ora aparmaqla əyləncələrini təmin etmək mümkündür. Sakinlər maşınlara görə, heç kəslə münaqişəyə girmək istəmirlər, lakin artıq bir neçə dəfə həyətdən parklama yeri kimi istifadə edən "sahib"lərin təhdidləri ilə üzləşiblər. Uşaqlarımızın qayğısına qalmaq imkanımız yoxdur. Onların oynaması üçün nəzərdə tutulan yerlərdən kimlərsə avtomobillərin parklanması üçün istifadə edir. Yaxınlıqda məktəb var, lakin o da çəpərlənib və stadiona heç kəs buraxılmır" — deyə şikayətçi bildirib.

Lakin Xətai rayon icra hakimiyyətindən Sputnik Azərbaycana bildiriblər ki, sözügedən binanın 30 sakini onlara avtomobillərini saxlamaq üçün yer ayrılmasını xahiş edib.

© Photo : Namik IbragimovBakının Xətai rayonu ərazisindəki General Şıxlinski küçəsində yerləşən üç binanın həyəti
Bakının 500 balaca sakinindən tələb: Bizə uşaqlığımızı qaytarın! - Sputnik Azərbaycan
Bakının Xətai rayonu ərazisindəki General Şıxlinski küçəsində yerləşən üç binanın həyəti

İH-nin Humanitar şöbəsinin müdiri Pənah İmanovun sözlərinə görə, avtomobil sahibləri bildiriblər ki, qonşu həyətdə uşaqların oynaması üşün meydança var, amma onların maşın saxlaması üçün heç bir yer yoxdur.

"Lakin buna baxmayaraq, tezliklə sözügedən əraziyə baxış keçiriləcək. Ola bilsin, uşaq meydançası təmir edilərək uşaqların istifadəsinə veriləcək. Amma başqa çıxış yolu da tapıla bilər. Məsələ kəmiyyət baxımından üstünlük təşkil edən tərəfin xeyrinə həll olunacaq" — deyə İmanov bildirib.

İH nümayəndəsi onu da qeyd edib ki, həyətlərin yaxşılaşdırılması Xətai rayon İH-nin əsas vəzifəsidir. Xudu Məmmədov küçəsində istirahət üçün yeni park tikilib və mayın 30-da onun açılışı olacaq.

Hazırda uşaqların həyətdəki oyun meydançalarından məhrum olması Bakının ən aktual problemidir. Paytaxtda çox sayda yeni binalar tikilsə də, onların əksəriyyətində uşaqlar üçün oyun meydançaları nəzərdə tutulmayıb. Könhə binaların həyətləri isə sakinlərin avtomobillərinin parklama yerlərinə çevrilib. Bir çox hallarda avtomobil sahibləri pul ödəmək dərdindən maşınlarını yaxınlıqda parklama üçün ayrılmış yerlərdə parklamaqdan imtina edirlər. Elə həyətlər var ki, orada bir ailəyə məxsus 2-3 maşın dayanır. Uşaqlar heç maşınların həndəvərində də oynaya bilmirlər, çünki sahibləri avtomobillərinin zədələnəcəyindən qorxduqları üçün uşaqları oradan uzaqlaşdırırlar.

Yaxşı olardı ki, icra hakimiyyətləri ərazilərdə yeni binalar tikməyə icazə verərkən uşaqlar üçün oyun meydançalarının da nəzərdə tutulmasını tələb etsinlər. Üstəlik, avtomobillərin parklanması üçün müvafiq yerlər ayırsınlar. Onlar başa düşməlidir ki, həyətdə oynamaq bizim uşaqlarımızın həm sağlamlığı, həm də gələcəyi üçün önəmlidir. Çünki həyətlər həm də uşaqların ilk ictimai münasibətlərinin yarandığı yerlərdir.

Xəbər lenti
0