"BakuBus"-ın sərnişinləri niyə istidən "bişirdiyinə" aydınlıq gətirildi

© Sputnik / Murad Orujov"BakuBus" MMC-nin avtobusları
BakuBus MMC-nin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Mais Ağayev : "Avtobuslarda havalandırma və sərinləndirmə sistemləri işə salınmalıdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Havaların anidən istiləşməsi paytaxt sakinlərinə ictimai nəqliyyatdan istifadədə çətinlik yaşadıb. Belə ki, isti hava və sərnişin sıxlığı avtobusda nəfəs almağı belə çətinləşdirib. "BakuBus MMC"-yə aid avtobusların pəncərələrinin elə də böyük olmaması və kondisionerin işləməməsi vəziyyəti dözülməz həddə çatdırıb. Demək olar, "BakuBus" ın xəttə olan bütün avtobuslarında eyni problem yaşanır.

Sərnişinlər dözülməz vəziyyətdən şikayət etsələr də, heç bir nəticə əldə edə bilmirlər. Bu barədə Sputnik Azərbaycan-ın redaksiyasına bir neçə şikayət daxil olub. Leyla Abdullayeva, Aygün Cavadova və digər şikayətçilər havaların 25 dərəcədən isti keçməsinə və avtobusda sıxlığın olmasına baxmayaraq, sürücülərin kondisioneri işə salmadığını deyirlər. 

Bakıda avtobus dayanacağı - Sputnik Azərbaycan
"BakuBus"da ağlasığmaz oğurluq

Şikayətçi Aygün Cavadova iddia edir ki, hətta 8 və 6 nömrəli avtobuslarda bu hallarla tez-tez rastlaşdığı üçün sürücüdən kondisioneri yandırmağı xahiş edib. Sürücü ona kobud cavab verərək hələ yay rejiminə keçmədikləri üçün kondisioneri yandıra bilməyəcəyini deyib. Aygün Cavadova dispetçer və qaynar xəttə şikayət etsə də, şikayəti nəticəsiz qalıb. Ona bildiriblər ki, kondisionerlər iyun ayının 1-dən yandırılacaq.

Sputnik Azərbaycan məsələ ilə bağlı "BakuBus"-a müraciət etdi. Hal-hazırda qurumun mətbuat xidməti olmadığı üçün sualımızı cavablandıran tapılmadı.

Daha sonra Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, onlara da məlum məsələ ilə bağlı çox sayda şikayətlər gəlir: "Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məktub ünvanlayıb. Bildirilib ki, yay mövsümünün başlanmasına müəyyən müddət qalmasına baxmayaraq, son günlər havanın temperaturunun yüksəlməsini nəzərə alaraq avtobuslarda havalandırma və sərinləndirmə sistemləri işə salınmalıdır".

Mais Ağayev qeyd etdi ki, yaxın günlərdə bu problemə son qoyulacaq.

Xəbər lenti
0