Bərdədə beynəlxalq muzeylər günü qeyd olunub

© Sputnik / Musa MuradlıBərdə rayon Tarix Diyarşünaslıq Muzeyində "Keçmişin izi ilə gələcəyə!" adlı tədbir təşkil edilib
Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində Keçmişin izi ilə gələcəyə! adlı tədbir təşkil edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeyləri tanıtmaqdır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Hər il mayın 18-i dünyada muzeylər günü kimi qeyd edilir. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində bu əlamətdar tarixi gün ilə bağlı "Keçmişin izi ilə gələcəyə!" adlı tədbir keçirilib.

Lerik Rayon Uzunömürlülər Muzeyi - Sputnik Azərbaycan
Beynəlxalq Muzeylər Günü

Muzeyin qarşısında Azərbaycan xalqının folklor, məişət və sənətkarlığını tərənnüm edən maddi mədəniyyət nümunələrindən ibarət dekorasiya təşkil edilib. Dekorasiya tədbir iştirakçıları tərəfindən xüsusilə maraqla və diqqətlə qarşılanıb.

Bərdə rayon uşaq musiqi məktəblərdə təhsil alan  şagirdlərinin ifalarında musiqi parçaları səslənib. Bərdə şəhər 1 saylı məktəbin saz ixtisas müəllimi İlham Sahibovun yetirmələri aşıq mahnıları ifa edib.

Muzey əməkdaşı Hüsüzadə Tamam açılış nitqində bildiribdi ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeyləri tanıtmaqdır. Və 1993-cü ildən Azərbaycanda da bu gün qeyd olunur. Tamam Hüsüzadə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan milli komitəsində  39 muzey, 15 təşkilat,  100 üzvün fəaliyyət göstərdiyini bildirib.

© Sputnik / Musa MuradlıBərdə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Validə Nabatova
Bərdə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Validə Nabatova - Sputnik Azərbaycan
1/3
Bərdə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Validə Nabatova
© Sputnik / Musa MuradlıBərdə rayon Tarix Diyarşünaslıq Muzeyində "Keçmişin izi ilə gələcəyə!" adlı tədbir təşkil edilib
Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində Keçmişin izi ilə gələcəyə! adlı  tədbir təşkil edilib - Sputnik Azərbaycan
2/3
Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində "Keçmişin izi ilə gələcəyə!" adlı tədbir təşkil edilib

3/3
Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində "Keçmişin izi ilə gələcəyə!" adlı tədbir təşkil edilib
1/3
Bərdə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Validə Nabatova
2/3
Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində "Keçmişin izi ilə gələcəyə!" adlı tədbir təşkil edilib
3/3
Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində "Keçmişin izi ilə gələcəyə!" adlı tədbir təşkil edilib

Bərdə rayon Regional Mədəniyyət İdarəsinin Baş Məsləhətçisi Validə Nabatova tədbirdə folklorumuzu, milli məişətimizi tərənnüm edən atributların sərgilənməsinin tədbirin məramını ifadə etdiyini söyləyib.

Daha sonra bildiribdi ki, Azərbaycanda ilk muzey 1919-cu ilin 7 dekabrında yaradılıb: “İstiqlal muzeyinin açılışı ilə muzey fəaliyyətinin əsası qoyulub. Hazırda isə respublikamızda 200 —də artıq muzey var. Bu sayaq muzeylərin mövcudluğu isə dövlətimizin mədəni irsimizin qorunması və təbliğinə diqqətinin bariz nümunəsidir”.

Onu da qeyd edək ki, Zəngin  eksponatlara malik  Bərdə tarix Diyarşünaslıq Muzeyində daş dövründən bu yana XIX-XXI-ci əsrlərə qədər dövrü əhatə etməklə  3100-ə qədər tarixi eksponat toplanıb. Burada ən qədim eksponatın 3500 yaşı var. Bu da daş dövrünə aid daşdan hazırlanan əmək alətidir. Arxeoloji qazıntılar zamanı tapılmış bir çox əmək alətləri, misgərlik nümunələri, saxsı qablar,  III-V  əsrlərə aid Sasanilər dövründə zərb edilmiş  dəmir pullar, e.ə. aid şüşə parçaları Bərdənin qədim tarixini özündə yaşadır.

Xəbər lenti
0