Azərbaycanlı deputatlar İsrailin hərəkətini tənqid etdi

Abunə olmaq
Araz Əlizadə: "İsrail ermənilərin onları neçə dəfə satdığını da yada salsın, türklərin tarix boyu onlar üçün elədiklərini də"

BAKI, 18 may — Sputnik. İsrailli deputat İsik Şmuli İsrail parlamentinə "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini təqdim edib. Bununla yanaşı, mayın 16-da Türkiyənin İsraildəki səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Ona öz ölkəsi ilə müəyyən məsləhətləşmələr aparmaq üçün bir müddət Türkiyəyə qayıtmaq tövsiyə olunub. Bundan bir gün əvvəl isə Türkiyə XİN-i İsrailin Ankaradakı səfirini çağıraraq onu bir müddətliyə yəhudi dövlətinə geri göndərmişdi.

Baş verənlərin şərh edilməsi üçün Sputnik Azərbaycan Milli Məclisin deputatlarına müraciət edib.

İsrailin Ankaradakı səfiri Eitan Naeh - Sputnik Azərbaycan
İsrail səfiri Türkiyəni tərk edib

Deputat Aydın Mirzəzadə bu gün Türkiyə-İsrail münasibətlərində gərginliyin yaranmasına və İsraildə anti-türk dairələrin baş qaldırmasına təəssüf etdiyini bildirib. Onun sözlərinə görə, İsraildəki bəzi anti-türk dairələr 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələri "erməni soyqırımı" kimi tanımağa cəhd etmək üçün hər bir gərginlikdən istifadə etməyə çalışırlar.

"Odur kii, dünən İsrail parlamenti qondarma "erməni soyqırımı" haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Amma mən düşünürəm ki, İsrail bu addımı atmayacaq" — deyə Mirzəzadə bildirib.

Deputatın fikrincə, burada məsələlər daha dərindir və israillilər bu gün sadəcə, baş verənlərlə bağlı Türkiyəni cəzalandırmaq istəyirlər. Məsələ ondadır ki, qondarma "erməni soyqırımı"nın tanınması İsrailin bütün türk dünyası ilə münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Söhbət təkcə Türkiyədən deyil, həm də Azərbaycandan və Orta Asiya ölkələrindən gedir. Bura həmçinin İsrailə loyal münasibəti olan xaricdə yaşayan türk icmaları da daxildir.

"Düşünürəm ki, İsrailin ciddi və nüfuzlu siyasi dairələri belə bir tarixi səhvə yol verməzlər. Burada Azərbaycanın İsraillə olan yaxşı münasibətləri də öz rolunu oynayacaq" — deyə deputat bildirib.

Mirzəzadənin sözlərinə görə, yəhudi diaspor təşkilatları Azərbaycanla ciddi münasibətlərin qorunub saxlanmasının vacibliyini dəfələrlə qeyd ediblər. Onlar dünyada sabitliyin qorunması və regionda inkişafın təmin olunmasında Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirirlər. Azərbaycan faktoru istənilən halda İsrailə tarixi səhvə yol verməyə imkan verməyəcək.

Deputat Rasim Musabəyovun sözlərinə görə isə, çətin ki, İsrail qondarma "erməni soyqırımı"nı tanısın. Deputatın fikrincə, bu konyuktur məsələdir. İsrail üçün Türkiyə ilə münasibətlər strateji xarakter daşıyır.

Президент США Дональд Трамп у Восточной стены в Иерусалиме, 22 мая 2017 года - Sputnik Azərbaycan
TƏHLİL
ABŞ-İsrail-Səudiyyə ittifaqı dünyanı qarşısına aldı

Sputnik-in həmsöhbəti xatırladıb ki, bu əlaqələr, əsasən, prezident Rəcəb Tayyib Ərdoğanın nəzarəti altında pisləşib. Əgər onlar bundan sonra münasibətlərin daha da pisləşməsi yolunu tutsalar, artıq bütün türk ictimaiyyəti İsrailin əleyhinə çıxacaq.

"Düşünürəm ki, "erməni genosidi"nin tanınması ilə bağlı təşəbbüslər Türkiyəyə təzyiq vasitəsidir. "Genosid"in özünün tanınması isə mənə az inandırıcı görünür" — deyə Musabəyov bildirib.

Deputat Araz Əlizadə də öz növbəsində deyib ki, "erməni soyqırımı"nın tanınması ilə bağlı söhbətlərə fələstinliləri müdafiə edən Türkiyəyə qarşı İsrail tərəfindən təşəbbüs göstərilib: "Baş verən məsələlərlə bağlı düzünü desək, İsrail haqlı deyil, ABŞ prezidenti Donald Tramp isə ümumiyyətlə cinayət işlədib. İsrail-Fələstin sərhəddində axan bütün qanlara Trampın əli batıb".

Onun fikrincə, əgər İsrail tərəfi Türkiyənin acığına "erməni soyqırımı"nı tanısa, deməli o, bu yolla əsl "Pandoranın qutusu"nu açmış olacaq. Bu isə İsrailə çox ağır zərbə olacaq. "Erməni soyqırımı"nı tanımaq İsrailə sərfəli deyil.

"Eyni zamanda, "vuracağam" deməklə, vurmaq başqa-başqa şeylərdir. Hazırda İsrail Türkiyənin əsəbləri ilə oynamağa cəhd edir. Lakin yekunda onlar "erməni soyqırımı"nı qəbul etməyəcəklər" — deyə Əlizadə əlavə edib.

Deputat İsrailə onu da məsləhət görüb ki, ermənilərin onları neçə dəfə satdığını da yada salsın, eləcə də türklərin tarix boyu onlar üçün elədiklərini.

Xəbər lenti
0