05:45 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Zaqatala rayonunda  bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb

İcra Hakimiyyəti məsələyə aydınlıq gətirdi...

© Sputnik / Shahperi Abbasova
XƏBƏRLƏR
Qısa URL
299 0 0

O bildirib ki, hadisə günü 8 kəndə elektrik enerjisinin verilməsi dayandırılıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. "Tala çayının kənarında torpaq valları vardı. Zamanla həmin laylar dağıdılıb, ərazidə evlər tikilib. Çayın heç bir bəndi dağılmayıb". Bu barədə Sputnik Azərbaycan-a Zaqatala Rayon İcra Hakimiyyətinin birinci müavini, fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.

O bildirib ki, hadisə günü 8 kənddə elektrik enerjisinin verilməsi dayandırılıb: "Sel zamanı elektrik xəttləri, qaz xəttləri sıradan çıxıb. Həyətlərə, bəzi evlərin birinci mərtəbəsinə su dolub. Fındıq bağlarına, əkin sahələrinə zərər dəyib".

Biz artıq həmin zərərin məbləğini müəyyənləşdirib, Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik", — deyə T.Əhmədov bildirib.

O qeyd edib ki, əhaliyə dəymiş zərərin ödənilməsi nazirliyin verəcəyi qərara bağlıdır: "Burada əhaliyə böyük məbləğdə zərər dəyməyib. Dağıntı yoxdur. Xəsarət alan yoxdur. Kiminki sığortası var, təbii ki, dəymiş zərəri ödəniləcək. Artıq su çəkilir. Çaydan axan suyun da miqdarı azalıb. Tez bir zamanda bütün problemlər aradan qaldırılacaq. Bu təbiət hadisəsidir".

T.Əhmədov bildirib ki, Tala çayı daşan zaman ərazidə olan körpüyə zərər dəyib və bu problem də yaxın zamanlarda həllini tapacaq.

Xatırladaq ki, mayın 10-dan 11 —ə keçən gecə Zaqatala rayonunda Tala çayı daşıb. Sel suları Üçüncü Tala və Höytala kəndlərinin arasında olan Vöhtala kəndini basıb. Kəndin küçələri əhalinin əkin sahələrinə zərər dəyib.

Hazırda ərazidə dövlət qurumları tərəfindən problemlərin aradan qaldırılması məqsədilə ilə müvafiq işlər görülür.

Əlaqədar

Sel daha bir bölgədə fəlakətə səbəb oldu
Rayonu sel vurdu, çay daşdı, bir kəndlə əlaqə kəsildi
Ankara su altında qaldı: Sel insanları və maşınları apardı – VİDEO
Sel cənub bölgəsini belə apardı - VİDEO
Güclü sel həyatı iflic elədi
Dolu və sel bölgəni iflic etdi: icra başçısı təcili göstəriş verdi
Azərbaycanda sel və daşqın gözlənilir — xəbərdarlıq

Əsas mövzular