16:42 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Siqaret

Aksiz markası olmayan siqaret və içkilər aşkarlanıb

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
93 0 0

Faktla bağlı araşdırma aparılır

BAKI, 17 may — Sputnik. Aksiz markasız siqaretlərin və araqların realizə edilməsinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Mercedes Benz —0403" markalı sərnişin avtobusu Tovuz rayonu ərazisində saxlanılıb.

Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı aksiz markasız siqaretlərin və araqların olduğu müəyyən edilib.

Daha sonra Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilən avtomobilə hal şahidlərinin iştirakı ilə təkrar baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası olmayan 10 ədəd 0,5 litrlik, 6 ədəd 1 litrlik "Nemiroff", 11 ədəd "Celsius" markalı araqlar, 3600 ədəd "Winston XS silver", "Marllboro" və "Parliament Carat" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Gömrük Komitəsi 14 ayın videosuna münasibət bildirdi - VİDEO
Gömrük Komitəsi gömrük rüsumlarını niyə artırdığını açıqlayıb
Gömrük Komitəsi quru meyvələrin real qiymətlərinə aydınlıq gətirdi
Gömrük Komitəsi xarici ticarət əlaqələrinin göstəriciləri üzrə fərqlər barədə izahat verib

Əsas mövzular