01:37 27 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident yol tikintisinə 3,7 milyon manat ayırdı

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
XƏBƏRLƏR
Qısa URL
135 0 0

Avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb

BAKI, 17 may — Sputnik. "Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində on üç min nəfər əhalinin istifadə etdiyi, ümumi uzunluğu 3,2 kilometr olan avtomobil yolunun yenidən qurulması məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Əlaqədar

Prezident icra başçısının vəzifəsindən azad olunması barədə sərəncam imzaladı
Dövlət sığortasını ödəməyənlər üçün yeni xəbər: Sərəncam imzalandı
Prezident Milli Məclis barədə sərəncam imzaladı
Dövlət başçısı baş nazirin müavini barədə sərəncam imzaladı
Prezident hökumətin tərkibi barədə yeni sərəncam verdi
Prezident Nazirlər Kabinetinin tərkibi ilə bağlı sərəncam verdi

Əsas mövzular