16:44 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar

Sel daha bir bölgədə fəlakətə səbəb oldu

© Sputnik / Ilham Ahmadov
XƏBƏRLƏR
Qısa URL
79 0 0

Hazırda Lahıca gedən yol təhlükəlidir və tez-tez sürüşmə olduğundan ağır texnika ərazidə hazır vəziyyətdə saxlanılır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Sel suları İsmayıllının 7 kəndinə ciddi ziyan vurub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazidə yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnədaxar və Zeyvə kəndlərinə güclü dolu düşüb. Nəticədə meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib.

Gecədən səhərədək yağan güclü leysan səbəbindən yaranan sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib.

  • Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    © Sputnik / Ilham Ahmadov
  • Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    © Sputnik / Ilham Ahmadov
  • Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    © Sputnik / Ilham Ahmadov
  • Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    © Sputnik / Ilham Ahmadov
  • Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar
    © Sputnik / Ilham Ahmadov
1 / 5
© Sputnik / Ilham Ahmadov
Sel sularının İsmayıllı rayonunda yaratdığı fəsadlar

Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki dağ çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

İsmayıllı Lahıc yolu da dünən gecə güclü dolu ilə müaşhidə edilən yağış səbəbindən qaya parçalarının yola düşməsi nəticəsində bağlanıb.

Təbii fəlakət zamanı dəyən ziyan hesablanır.

Hazırda Lahıca gedən yol təhlükəlidir və tez-tez sürüşmə olduğundan mütəmadi olaraq ağır texnika ərazidə hazır vəziyyətdə saxlanılır.

Əlaqədar

Rayonu sel vurdu, çay daşdı, bir kəndlə əlaqə kəsildi
Sel cənub bölgəsini belə apardı - VİDEO
Güclü sel həyatı iflic elədi
Dolu və sel bölgəni iflic etdi: icra başçısı təcili göstəriş verdi
Azərbaycanda sel və daşqın gözlənilir — xəbərdarlıq
Teqlər:
ziyan, İsmayıllı, fəlakət, sel

Əsas mövzular