10:26 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Премьер-министр Армении Никол Пашинян

Paşinyan geri çəkildi: İndi əvvəlki kimi danışmır

© Sputnik / Sergey Guneyev
XƏBƏRLƏR
Qısa URL
676 0 0

"Hamının dərhal istefaya göndərilməsini tələb etmək düzgün deyil, hesab edirəm ki, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır"

BAKI, 17 may — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan hesab edir ki, bütün məmurların "dərhal" istefa verməsini tələb etmək düzgün deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, baş nazir bu məsələyə mərhələli şəkildə yanaşmalı olduqlarını bildirib.

"Hamının dərhal istefaya göndərilməsini tələb etmək düzgün deyil. Hesab edirəm ki, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır", — deyə Paşinyan Yerevan meri və ölkənin Baş Prokurorunun istefaya göndərilməsi tələblərinə münasibət bildirərkən qeyd edib.

2016-ci ildə post-patrul xidmətinin binasını ələ keçirən silahlı qruplaşmanın tərəfdarlarının aksiyasından danışan Paşinyan bildirib ki, bu aksiyaların kimə qarşı yönəldiyini anlamaq lazımdır: "Mən açıq şəkildə məsələ ilə bağlı ictimai həmrəyliyin vacibliyini vurğulamışam. Düşünürəm ki, mənim istənilən həbsxanaya daxil olaraq qapıları aça bilməyimlə bağlı yanaşma yanlışdır. Prosedurlar mövcuddur".

Əlaqədar

Ermənistanda qalmaqal: Paşinyan seçkiqabağı vədinə əməl etməkdən boyun qaçırdı
Paşinyan Putinlə görüşün sirlərini açdı
Paşinyan Sarqsyanın kadrları ilə vidalaşdı, özünə isə...
Paşinyan bu gün ilk addımını atacaq
Rus səfir Putin - Paşinyan görüşündən danışdı
Paşinyan sabah Azərbaycan ərazisinə gələcək
Teqlər:
Baş prokuror, Yerevan meri, istefa, Ermənistan baş naziri, Nikol Paşinyan

Əsas mövzular