05:48 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива

Bu yollardan istifadə edənlərin diqqətinə

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
35 0 0

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur

BAKI, 17 may — Sputnik. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, anoloji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparılır. Bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Əlaqədar

Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq
Vətəndaş nə etməlidir ki, evi yıxılmasın - Yol xəritəsi
Daha bir yol polisi küçədə can verdi
Yol polisi əməkdaşı avtoqəzada öldü
Sürücülərə xoş xəbər: Bu yol açıldı
Teqlər:
Azneft meydanı, Bayıl dairəsi, Sabunçu yol qovşağı, Heydər Əliyev prospekti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Əsas mövzular