10:28 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Toy paltarları

"Yeddi gözəl" moda şousu bakılılara toy paltarlarını təqdim edəcək

CC0 / StockSnap / wedding
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Bakı sakinlərinə populyar müğənnilərin iştirakı ilə qeyri-adi dəfilə təqdim ediləcək

BAKI, 17 may — Sputnik. "Pi Group" Production 9 iyun 2018-ci ildə "Elite Events Hall "da möhtəşəm mükafatlandırma, sərgi, şou və moda gecəsinə hazırlaşır.

Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumaya görə, "Elite Events Hall"da keçiriləcək "Yeddi gözəl — Wedding and fashion show" da 2018-ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, retro və lüks avtomobillərin şousu, rəqs qruplarının və müğənnilərin çıxışı, məşhurların mükafatlandırılması baş tutacaq.

Yeddi gözəl — Wedding and fashion show
Afişa
"Yeddi gözəl — Wedding and fashion show"

Gecənin aparıcısı Zümrüd Qasımovadır. Gecədə sizləri sevilən müğənnilərimiz Murad Arif, Samira Allahverdiyeva, Ayaz Babayev, Sura İskəndərli, Aysun İsmayılovanın ifaları, Azəri atəşi və Nero rəqs qruplarının çıxışı, rəqqasə Aygünün alovlarla ecazkar rəqsi gözləyir. Tədbirin sonunda podiumda tanınmış şəxslərin uşaqlarının iştirakı ilə şou nümayiş etdiriləcəklər.

Layihənin direktoru İsmayıl Qasımov, ideya müəllifi Pərvanə Məmmədovadır.

Qeyd edək ki, birinci "Yeddi gözəl" Beauty Fashion Show 2018-ci ilin fevralında uğurla keçmişdi.

Sputnik Azərbaycan "Yeddi gözəl" Beauty Fashion Show-un informasiya tərəfdaşıdır.

Qeyd edək ki, biletlər artıq satışdadır. Biletləri əldə etmək üçün bu nömrələrlə əlaqə saxlaya bilərsiniz: (+994 50) 4507097, (+994 55) 9792597.

Əlaqədar

Bakıda möhtəşəm "Yeddi gözəl" gecəsi keçirildi
"Yeddi gözəl" şousu bakılılara rəngarəng gecə hazırlayır
Ərəb turistlər və acınacaqlı "Yeddi gözəl" "əfsanəsi"

Əsas mövzular