23:28 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
İsrailin Ankaradakı səfiri Eitan Naeh

İsrail səfiri Türkiyəni tərk edib

© AFP 2018 / ADEM ALTAN
XƏBƏRLƏR
Qısa URL
120 0 0

Səfir Eitan Naeh Atatürk Hava limanında görüntülənib

BAKI, 16 may — Sputnik. İsrailin Ankaradakı səfiri Eitan Naeh Türkiyəni tərk edib. Sputnik Azərbaycan Anadolu nəşrinə istinadən xəbər verir ki, səfir Eitan Naeh Atatürk Hava limanında görüntülənib.

Qeyd edək ki, İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Mayın 14-də Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib.

Türkiyə XİN rəsmiləri, eyni zamanda səfirə Ankaranı tərk edərək İsrailə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 59 nəfər ölüb, 2771 nəfər isə yaralanıb.

Əlaqədar

Türkiyə ilə İsrail arasında diplomatik skandal yaşanır
İsrail səfirinə ölkədən getmək tövsiyə edildi
ABŞ-İsrail-Səudiyyə ittifaqı dünyanı qarşısına aldı
İran və İsrail sürətlə açıq müharibəyə doğru gedir
İsrail başqa ölkənin prezidentini öldürməklə hədələdi
Teqlər:
Eitan Naeh, Ankara, səfir, İsrail

Əsas mövzular