Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyan Putinlə görüşün sirlərini açdı

© Sputnik / Aram NersesyanПресс-конференция премьер-министра Армении Никола Пашиняна в оккупированном Арменией городе Ханкенди, 9 мая 2018 года
Пресс-конференция премьер-министра Армении Никола Пашиняна в оккупированном Арменией городе Ханкенди, 9 мая 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Görüş zamanı Rusiya prezidenti ilə xeyli məsələlər müzakirə olunub"

BAKI, 15 may — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan Soçidə Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə baş tutan görüşünü effektiv adlandırıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Görüş zamanı Rusiya prezidenti ilə xeyli məsələlər müzakirə olunub. Müzakirələr olduqca effektiv idi", — deyə Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Aİİ sammitini isə Ermənistan hökumətinin yeni başçısı "maraqlı format" adlandırıb

Paşinyan, həmçinin hesab edir ki, ölkədə növbədənkənar prezident seçkiləri bu il keçirilə bilər: "Biz bu məsələni müzakirə edirik. Hesab edirəm ki, seçkilər bu il keçirilə bilər".

Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

Xəbər lenti
0