Yenə də yollar bağlanır, həm də 3 istiqamətdə

© Photo : AAYDA-nin mətbuat xidmətiBakı Dairəvi-1 avtomobil yolunda baş verən qəza
Bakı Dairəvi-1 avtomobil yolunda baş verən qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 15 may — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) sifarişi əsasında, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Binəqədi rayonu, Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0