18:21 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Суд

Məhkəmə Anar Allahverənovun atasını öldürən barədə hökm çıxardı

© CC0 / WilliamCho / Justice
XƏBƏRLƏR
Qısa URL
82 0 0

Hadisə baş verən zaman mərhumun oğlu istintaq təcridxanasında olub və səs-küyə səbəb olan məhkəmə prosesini gözləyib

BAKI, 15 may — Sputnik. Rusiyanın Xabarovsk vilayətinin Jeleznodorojnı məhkəməsi Azərbaycan vətəndaşının ölümünə səbəb olan taksi sürücüsü barəsində hökm çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Hadisə 16 yanvar 2018-ci il tarixində "Kərpic zavodu" dayanacağı yaxınlığında məşhur rusiyalı idmançı Andrey Draçovun ölümündə ittiham olunan azərbaycanlı Anar Allahverənovun atası Əliyar Allahverənov piyada zolağından keçən zaman baş verib.

İstintaq və məhkəmə müəyyən edib ki, yol-nəqliyyat hadisəsi sərnişin daşımaq ilə pul qazanan 25 yaşlı kişinin günahı ucbatından sırf təsadüf nəticəsində baş verib və burada heç bir qisas almaq niyyəti olmayıb.

Hadisə baş verən zaman mərhumun oğlu istintaq təcridxanasında olub və səs-küyə səbəb olan məhkəmə prosesini gözləyib. Anar məşhur idmançı Andrey Draçovu xuliqanlıq zəminində öldürməkdə ittiham olunur. Buna görə də, təqsirləndirilən şəxsin atasının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini izah edən versiyalardan biri kimi, ilk növbədə, intiqam almaq fərziyyəsi nəzərdən keçirilib. Ancaq istintaq mərhələsində bu versiya öz təsdiqini tapmayıb.

Məhkəmənin hökmü ilə taksi sürücüsü 3 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş tərəf cənazənin Azərbaycana aparılması və dəfn xərclərinin ödənilməsi məqsədi ilə taksi sürücüsünə qarşı daha bir məhkəmə iddiası qaldırmaq niyyətindədir.

Əsas mövzular