Bakı sakini Qubada ev heyvanlarına qənim kəsildi

CC0 / Couleur / cowİnək
İnək - Sputnik Azərbaycan
Abunə olmaq
Oğurladıqları heyvanları Sumqayıt şəhərində yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Quba rayonunda inək oğruları saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in mətbuat xidmətinin Quba rayonunun regional qrupundan məlumat verilib.

Masallı Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məsciddən oğurluq edənlər ələ keçdilər

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səbətlər kənd sakini M.Hacıyevin həyətindən 8 baş xırda buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb. Araşdırma zamanı onların Bakı şəhər sakini Asif Vəliyev və Quba rayon sakini Amil Əmirov olduqları müəyyən edilib.

Aparılan axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxslərin mayın 1-də Səbətlər kəndinin daha bir sakini Ə.Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurladıqları da müəyyən edilib.

Dindirilmə zamanı A.Vəliyev və A.Əmirov törətdikləri cinayəti etiraf ediblər, oğurladıqları heyvanları Sumqayıt şəhərində yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Xəbər lenti
0