Dövlət qurumu dərman reklamları məsələsinə aydınlıq gətirdi

© FlickrDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir

BAKI, 8 may — Sputnik. "Dövlət Reklam Agentliyi mütamadi monitorinqlər keçirir. Qanuna zidd reklamlar aşkarlanarsa, onun yayımını dərhal dayandırır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri öz "facebook" səhifəsində yazıb.

O bildirib ki, bu zaman protokol tərtib edilə, reklam yayıcısı cərimələnə bilər. Qanuna görə, fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500-dən 2500-dək, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək cərimələnə bilərlər.

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqət, qadağa gəlir: Dərman olmasa da, çarə olacaq

H.Azəri qeyd edib ki, açıq məkandakı reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir. (Yəni mətbuatda yayımlanan reklamların Dövlət Reklam Agentliyinə aidiyyatı yoxdur) Dövlət Reklam Agentliyi Reklam haqqında Azərbaycan Respublikasının qanununu və digər qanunvericilik aktlarını əsas tutur.

H.Azəri son günlər daha çox səsləndirilən dərman reklamları barədə qanundan çıxarışı da əlavə edib. Belə ki,

29.2. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında aşağıdakılara yol verilmir:

29.2.1. yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;

29.2.2. reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək;

29.2.3. reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək;

29.2.4. sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;

29.2.5. həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq;

29.2.6. reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;

29.2.7. reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək.

Витрина с лекарствами - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqlara dərman satışı qadağan edildi: Yaş məhdudiyyəti qoyuldu

29.3. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır.

29.4. Bu Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika, insan orqan və (və ya) toxumalarının transplantasiyası barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.

29.5. Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

29.6. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.

29.7. Bu Qanunun 29.2.2-ci və 29.2.3-cü maddələrinin tələbləri tibb və ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən yerlərdə yayımlanan reklama şamil edilmir.

29.8. Kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.

Xəbər lenti
0