04:05 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi qalmaqallı uşaq evinin rəhbəri iə bağlı tədbir gördü

© Photo: APA
XƏBƏRLƏR
Qısa URL
185 0 0

Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifəsindən kənar qalacaq

BAKI, 8 may — Sputnik. Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisədə Səhiyyə Nazirliyi tərəfindən araşdırma başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, körpələr evi ətrafında yaranan qalmaqallı hadisədən sonra müəssisədə araşdırma başlanılıb: "Məlumdur ki, araşdırma zamanı müəssisənin baş həkimi araşdırma prosesində iştirak etməməlidir. Onu müvəqqəti olaraq müavini əvəz etməldir. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifəsindən kənar qalacaq".

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən qidaların oğurlandığı iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla "Prado" markalı maşına daşındığı əks olunurdu.

Əlaqədar

Səhiyyə Nazirliyi xəstələrə ehtiyatlı olmalarını tövsiyə edir
Azərbaycanda uşaqlar niyə intihar edir? – Səhiyyə Nazirliyi açıqladı
Səhiyyə Nazirliyi: "Onlar dövlət xəstəxanalarında işləyə bilməzlər"
Səhiyyə Nazirliyi cərrahiyyə əməliyyatı zamanı videoçəkilişlərə münasibət bildirdi
Teqlər:
Nəhayət Əliyeva, 1 saylı körpələr evi, Səhiyyə Nazirliyi

Əsas mövzular