10:33 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Avtobuslar

Bakıda 22 marşrut xəttində dəyişiklik edilib

© Photo: BNA
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır

BAKI, 7 may — Sputnik. Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi ilə ətraf kənd və qəsəbələri əlaqələndirən 22 marşrut xətti üzrə (24, 62, 93, 101, 107, 131, 136, 139, 148, 150, 160, 163, 166, 171, 172, 173, 187, 189, 198, 204, 216, 217) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və "Böyük Şor" qovşağına daxil olmadan yoluna davam edəcək.

Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır ki, bu da sərnişinlərin mənzilbaşına daha tez çatması və digər nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin artması baxımından əhəmiyyətlidir.

Əlaqədar

Sürücüləri çətin gün gözləyir
Qaydanı pozan sürücü yol polisinin iki müfəttişini vuraraq aradan çıxıb
Marşrut xətləri bərpa edilir
BNA marşrut xətlərindəki yenilikləri açıqladı
Diqqət: Bəzi marşrut xətlərində dəyişiklik olub
Teqlər:
avtobus, marşrut, "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzi, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionu

Əsas mövzular