05:52 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
271 0 0

Hər iki istiqamət üzrə hərəkət tam və ya qismən məhdudlaşdırılacaq

BAKI, 7 may — Sputnik. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində ("Xırdalan" və "VAZ" dairələri arası) hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində səhər saat 11:00-dan etibarən hərəkət hissə-hissə qismən məhdudlaşdırılmağa başlayıb.

Bu barədə Sputnik Azərbaycan Avtomobl Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatına istinadən xəbər verir. Qurumların məlumatında bildirilir ki, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bundan başqa, Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Moskva prospekti ilə kəsişməsinədək ("Şamaxinka" deyilən ərazi) hissəsində hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində axşam saat 23:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunel və körpü üzərində tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq (Yol bağlı olmayacaq). Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Əlaqədar

Bakının şimal girişinə uzanan yolun təmirinə başlandı
Respublika əhəmiyyətli yolun təmirinə başlanıldı
Sürücülərin nəzərinə: Bu prospektdə təmir işi aparılır
Bakının məşhur küçəsində əsaslı təmir başlayıb
Teqlər:
üfiqi rəngləmə, məhdudlaşdırılma, avtomobil yolu, Bakı şəhəri, hərəkət, küçə

Əsas mövzular