Vətəndaşlara ödənişsiz xidmət göstəriləcək

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Abituriyentlərin nəzərinə: Pulsuz sınaq imtahanı olacaq

BAKI, 4 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanları təşkil edir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər. Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün http://otk.az portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.

Qeyd edək ki, onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur. Abituriyentlərə onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı yaradılır.

Xəbər lenti
0