Yəhudilərin bayramında partlayış baş verib, onlarla yaralı var

© REUTERS / Luke MacGregorParsons Green metro stansiyası yaxınlığında polis, London
Parsons Green metro stansiyası yaxınlığında polis, London - Sputnik Azərbaycan
Abunə olmaq
Versiyalardan birinə əsasən, bayram zamanı naməlum şəxs tonqala partlayıcı atıb

BAKI, 3 may — Sputnik. Böyük Britaniyanın paytaxtı Londonda patlayış baş verib. Sputnik Azərbaycan "Daily Express"-ə istinadən xəbər verir ki, Stemford-Hill rayonunda baş verən partlayış nəticəsində azı 30 nəfər yaralanıb.

Məlumata əsasən, partlayış zamanı yəhudilər Lag BaOmer milli bayramını qeyd edirmiş. Hazırda partlayışla bağlı bir neçə versiya var. Versiyalardan birinə əsasən, bayram zamanı naməlum şəxs tonqala partlayıcı atıb.

Hadisə nəticəsində tonqalın ətrafında olanlar yaralanıblar. Digər versiyaya əsasən isə, hadisə smartfonun partlaması nəticəsində baş verib.

Xəbər lenti
0