23:25 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Fatimə Abbasquliyeva

Yoruldum və soyundum: Qalmaqallı bakılı qız axtardığı kişi tipini açıqladı

© Photo: Instagram / fatimaabaskulieva
XƏBƏRLƏR
Qısa URL
848 0 0

Mark Rozovski tərəfindən zorlandığını iddia edən azərbaycanlı aktrisa və müğənni özünün açıq-saçıq şəkillərini sosial şəbəkələrdə yayıb

BAKI, 2 may — Sputnik. Rusiyanın xalq artisti Mark Rozovskini zorlamaqda ittiham edən azərbaycanlı aktrisa və müğənni özünün açıq-saçıq şəkillərini sosial şəbəkələrdəki səhifələrinə yerləşdirib. O, həmçinin özünün sevimli kişi tipini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Fatimə Abbasquliyeva alt paltarında çəkdirdiyi şəkillərini Instagram hesabında yerləşdirib. Bunun səbəbini izah edən aktrisa bildirib ki, ona heç kəsin davam gətirə bilməyəcəyi güclü seksual enerjisinin olduğunu yazan kişilərin mesajlarından bezib.

"Kimsə baxımlı erotikada çəkilməyimi təklif edir. Yenə də məni alçaltmaq istəyirlər. Çünki mənim güclü səsim, yüksək aktyorluq hissim və kreativ ağlım var. Nə erotika? Hər kəs öz potensialını tamamilə açacaq işlə məşğul olmalıdır və mən də bunun ziddinə getmirəm" — deyə Abbasquliyeva yazıb.

Fatimənin sözlərinə görə, çox istərdi ki, onun yanında amerikalı müğənni Beyonsenin əri Cey Zi və yaxud rusiyalı ifaçı Valeriyanın əri İosif Priqojin kimi kişilər olsun.

Xatırladaq ki, aktrisa bu yaxınlarda onu zorldığına dair iddiaları rədd edən və bunu uydurma adlandıran rusiyalı rejissor Mark Rozovskini məhkəməyə verib.

Fatimə xanımın yaradıcılığındakı ən diqqətçəkən məqamlardan biri də, aktrisanın soyunmağa güclü meyl etməsidir
Fatimə xanımın yaradıcılığındakı ən diqqətçəkən məqamlardan biri də, aktrisanın soyunmağa güclü meyl etməsidir

Fatimə Abbasquliyeva Azərbaycanda doğulub. Erkən yaşlarından oxumağa başlayıb. On beş yaşında "Miss Azərbaycan" titulunun sahibi olub. 17 yaşında Azərbaycanın müstəqil musiqi mükafatı olan "Qızıl mikrofon"un iki nominasiyada qalibi olub. Onu vətənində "Azərbaycanın Lolitası" adlandırırlar. 19 yaşında o, vətənində hər şeyi buraxıb Moskvanı fəth etməyə gedib.

Moskvada Rusiya Teatr Sənəti Universitetinə daxil olub və Mark Rozovski ilə də orada tanış olub. Aktrisa bu yaxınlarda "Rossiya 1" telekanalının Andrey Malaxovun aparıcısı olduğu "Pryamoy efir" ("Birbaşa efir") verilişinin qonağı olub və orada 12 il əvvəl Rusiyanın Xalq artisti Mark Rozovski tərəfindən təcavüzə məruz qaldığını bildirib.

Mark Rozovski Rusiyanın məşhur teatr rejissoru, dramaturq, ssenari müəllifi, bəstəkar, yazıçı, şair və "U Nikitskix vorot" teatrının bədii rəhbəridir. Xalq artisti aktrisanın dediklərini təkzib edib və onun hərəkətlərini səfehlik adlandırıb.

Əlaqədar

Azərbaycanlı aktrisanı zorladığı iddia edilən məşhur rejissor 20 il iş ala bilər
Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladı
Azərbaycanlı müğənni-aktrisadan şok etiraf: "Xalq artisti mənə təcavüz etdi"
Tanınmış aktrisa kinostudiyanı məhkəməyə verdi
Teqlər:
Fatimə Abbasquliyeva, foto, zorlama, aktrisa, Instagram, qalmaqal

Əsas mövzular