CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda inanılmaz olay - Qız öz anasını "soydu"

© Sputnik / Irade JELILЗолотые украшения, фото из архива
Золотые украшения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib

Bakı, 2 may — Sputnik. Mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12.000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Sputnik Azərbaycan-a DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, hadisə ilə bağlı dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri oğurluğun ev sahibinin öz qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yaradıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb. 

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0