Qonşu ölkədə zəlzələ - Yaralılar var

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ nəticəsində ən azı 30 nəfərin xəsarət aldığı bildirilir

Bakı, 2 may — Sputnik. İranın cənub-qərbində yerləşən Kohgiluye və Buyer Əhməd əyalətlərinin Siseht rayonunda zəlzələ baş verib. Sputnik Azərbaycan Press TV-yə istinadən xəbər verir ki, zəlzələnin gücü Rixter cədvəli üzrə 5,3 bal olub.

Yerli vaxtla 04:08-də baş verən zəlzələ nəticəsində yeraltı təkanların ocağı 8 km dərinlikdə olub.

Zəlzələ nəticəsində ən azı 30 nəfərin xəsarət aldığı bildirilir.

Xəbər lenti
0