05:45 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Donald Tramp, Kim Çen In

Liderlər görüş üçün qəribə məkan seçdilər

© AFP 2019 / Jung Yeon-je
XƏBƏRLƏR
Qısa URL
26210

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla iki Koreya arasındakı neytral zona olan Panmuncon kəndində görüşməyə razılıq verib

BAKI, 2 may — Sputnik. Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla iki Koreya arasındakı neytral zona olan Panmuncon kəndində görüşməyə razılıq verib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bunu CNN-ə adı açıqlanmayan mənbə bildirib.

Telekanalın həmsöhbəti bildirib ki, bu variantı tərəflərə Koreya Respublikasının prezidenti Mun Çje İn 27 aprel sammiti zamanı təklif edib. Panmunconda keçiriləcək görüşdə müzakirə ediləcək mövzuların tezisləri artıq hazırdır. 

Şimali Koreya lideri Kim Çen İn koreyalı həmkarı Moon Jea İnlə
© Photo : Korea Summit Press Pool/Pool via Reuters

Görüş zamanı bir sıra tədbirlərin sərhəddin Şimali Koreya tərəfində keçirilə biləcəyi açıqlanıb.

Bir müddət əvvəl Tramp Kim Çen Inla görüşün dəqiq tarixini və yerini tezliklə açıqlayacağını bildirmişdi. O, jurnalistlərlə görüşün yaxın 3-4 həftə ərzində baş tutacağını demişdi.

Aprelin 30-da Tramp öz "Twitter" hesabında yazmışdı ki, "bizim görüşümüzün keçirilməsi üçün bir çox ölkə nəzərdən keçirilir, amma üçüncü ölkədənsə, Şimali və Cənubi Koreya sərhəddindəki "Sülh evi" daha layiqli, əhəmiyyətli və yaddaqalan olmazmı?" Sözügedən ev Panmunconda yerləşir.

Daha əvvəl isə belə şayiə yayılmışdı ki, Trampla Kim Sinqapurda, yaxud Monqolustanda görüşəcək.

Aprelin əvvəllərindən etibarən Vaşinqtonla Pxenyan iki dövlətin başçıları arasında keçiriləcək gizli görüşə hazırlıq prosesinə başlayıb. Bu prosesə MKİ-nin keçmiş direktoru, ABŞ-ın dövlət katibi Maykl Pompeo nəzarət edir.

Əlaqədar

Tramp təhdid etdi, razılaşmadan geri çəkiləcək…
Ərdoğan və Tramp nədən danışdılar?
Ərdoğanla Tramp razılığa gəldilər
Tramp "müharibə" siqnalı verdi: Rusiyalı diplomatlar qovula bilər
Tramp ərəb kraldan pul istəyib?
Tramp oyun qaydalarını pozdu, Putin təbrik edilmədi
Teqlər:
Şimali Koreya lideri, Kim Çen In, Donald Tramp, ABŞ prezidenti, görüş

Əsas mövzular