İslam ölkəsi İranla əlaqələri kəsdi

© REUTERS / STRНациональный флаг Ирана
Национальный флаг Ирана - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bu, Mərakeş və İran arasında baş verən ilk qalmaqal deyil

Bakı, 2 may — Sputnik. Mərakeş İranla diplomatik əlaqələri kəsib. Sputnik Azərbaycan "Aljazeera" yə istinadən xəbər verir ki, bunu Mərakeş XİN rəhbəri Nasser Bourita bildirib.

Buna səbəb rəsmi Tehranın Qərbi Saharanın müstəqilliyini istəyən Polisario hərəkatını dəstəkləməsi olub. Bourita bəyan edib ki, İran Hizbullah vasitəsilə bu hərəkata yardım edib.

"Hizbullah Polisarioya öz hərbi məsləhətçilərini, silahlarını göndərib, onlara şəhər şəraitində döyüşməyə dair təlimlər keçib", — deyə nazir vurğulayıb.

Qeyd edək ki, bu, Mərakeş və İran arasında baş verən ilk qalmaqal deyil. Belə ki, Mərakeş 2009-cu ildə İranla diplomatik əlaqələri kəsib. 2014-cü ildə isə bu əlaqələr bərpa olunub.

Xəbər lenti
0