09:11 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
200 0 0

Mərhumun hansı səbəbdən özünə qəsd etdiyi hələlik məlum deyil

Bakı, 2 may — Sputnik. Ötən gün Zaqatala rayonunda üç uşaq atası özünü asıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ələsgər kənd sakini, 1981-ci il təvəllüdlü Ramin Muradovun intihar etdiyi məlum olub.

Mərhumun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Qeyd edək ki, intihar edən şəxs üç uşaq atasıdır. Mərhumun hansı səbəbdən özünə qəsd etdiyi hələlik məlum deyil.

Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Əlaqədar

Rayon mərkəzində intihar hadisəsi baş verdi
Bakıda müəmmalı olay: Meyiti tapılan gəncin atası öldürülüb deyir, polis intihar
Tələbəsini öldürən müəllim intihar etdi
ABŞ Baş Konsulluğu qarşısında intihar etmək istədi
Dünyada intibah dövrünü yaşayır, Bərdədə isə intihar...
Orta məktəb şagirdi nədən intihar etdi?
Teqlər:
asılmış vəziyyət, meyit, Zaqatala, intihar

Əsas mövzular