06:43 10 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
992 0 0

"Qarabağa dair danışıqlar zamanı heç bir güzəştdən söhbət gedə bilməz"

Bakı, 1 may — Sputnik. "Erməni xalqının birliyi Bakının Qarabağ məsələsini sülh yolu ilə həllinə dair illüziyasını dayandıracaq". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan baş naziri postuna namizəd, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bildirib.

Qarabağ üzrə danışıqlara gəldikdə isə, o deyib: "Bunun, yalnız Azərbaycan beynəlxalq birliyə, beynəlxalq hüququn normalarına riayət etməyə və bu normalar əsasında münaqişənin həllinə hazır olduğunu bildirdiyi vaxt mənası olacaq".

"Münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri Bakını məntiqsiz addımlardan çəkindirmək üçün öz bütün təsirindən istifadə etməlidir", — deyə Paşinyan vurğulayıb. O qeyd edib ki, Qarabağa dair danışıqlar zamanı heç bir güzəştdən söhbət gedə bilməz.

Əlaqədar

Paşinyan parlamentdə: "Sarqsyan və Koçaryan deputatları qorxudur"
Paşinyan Azərbaycanı hədələyir: “İlk işimiz ordunu gücləndirmək olacaq"
Teqlər:
Nikol Paşinyan, Azərbaycan, Qarabağ

Əsas mövzular