Azərbaycanda hərbi vətənpərvərlik həftəsi başlayır

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Qəhrəmanlıq dərsləri", idman yarışları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək

BAKI, 1 may — Sputnik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Təşkil olunacaq silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupları ön xətdə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edəcəklər.

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində tematik gecələr, "Qəhrəmanlıq dərsləri", idman yarışları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xəbər lenti
0