Ermənilər yenidən meydana axışır

© REUTERS / Hayk Baghdasaryan/PhotolureProtesters against a hike in electricity prices scuffle with policemen in Yerevan, Armenia, July 6, 2015.
Protesters against a hike in electricity prices scuffle with policemen in Yerevan, Armenia, July 6, 2015. - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiya iştirakçıları Respublika meydanında quraşdırılan böyük ekranların qarşısında toplaşıblar

BAKI, 1 may — Sputnik. Bu gün səhər saatlarından etibarən yüzlərlə etirazçı İrəvanın Respublika meydanına toplaşıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, meydanda Bakı vaxtı ilə saat 11:00-da mitinq baş tutub.

Aksiya iştirakçıları Respublika meydanında quraşdırılan böyük ekranların qarşısında toplaşıblar. Böyük ekranlarda parlamentin baş nazirin seçilməsi prosesi canlı yayımlanacaq.

Ermənistan paytaxtının mərkəzi küçələrində avtomobillər hərəkət edərək siqnal verir. Ümumilikdə Ermənistan paytaxtında vəziyyət sabitdir.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Baş nazir postuna yeganə namizəd müxalifət lideri Nikol Paşinyandır.

Xəbər lenti
0