BAKI, 30 aprel — Sputnik. Çində torpaq sürüşməsi zamanı 9 nəfər ölüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Çinin Luliang şəhəri yaxınlığında bu gün səhər saatlarında torpaq sürüşməsi baş verib.
Sürüşmə zamanı onlarla insan torpaq altnda qalıb. 9 nəfərin cəsədi çıxarılıb.
Ərazidə axtarış-xilasetmə qrupları çalışır.