Azərbaycanlı məktəblidən inanılmaz addım

© Sputnik / Murad OrujovУчебный процесс в одной из средних школ Баку, фото из архива
Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub

Bakı, 30 aprel — Sputnik. Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlunun nəcib hərəkətindən danışır. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib.

Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb.

© Photo : AZƏRTACAbbasov İdris Faiq oğlu
Abbasov İdris Faiq oğlu - Sputnik Azərbaycan
Abbasov İdris Faiq oğlu

Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub.

Xəbər lenti
0