"Bəhreyn və Bakı bizim üçün heç də asan olmadı..."

© REUTERS / David MdzinarishviliПилот Red Bull Racing Макс Ферстаппен
Пилот Red Bull Racing Макс Ферстаппен - Sputnik Azərbaycan
Abunə olmaq
Pilot deyib ki, zəif hissələrini bilirlər və çempion olmaq üçün əllərindən gələni edəcəklər

Bakı, 27 aprel — Sputnik. Formula 1-in ən sevilən pilotlarından olan Fernando Alonso açıqlaması ilə diqqət mərkəzində olub. Sputnik Azərbaycan xəbər verir ki, pilot həftə sonunun çətin keçəcəyini dilə gətirib.

O deyib ki, zəif hissələrini bilirlər və çempion olmaq üçün əllərindən gələni edəcəklər: "Özümü çox yaxşı hiss edirəm, qalib olmaq istəyirəm. Həm də sürət həddində də istədiyimiz kimi deyil. Təəssüflər olsun ki, güclü rəqib deyilik. Amma güclü və zəif nöqtələrimizi bildiyimiz üçün ən qısa zamanda irəliləmək üçün hər şeyi cəhd edirik".

"İlk yarışlar ürəkaçan olmadı. Görək bizi indi nələr gözləyir. Bu bazar günü kimin güclü olacağını öyrənəcəyik. İndidən təxmin etmək çox çətindir. Son zamanlar Bəhreyn və Bakı bizim üçün heç də asan olmadı. Bolidin motor gücü bizə problem yaratmışdı. Bu gün test edəcəyimiz bəzi şeylər olacaq. Ümid edərəm, uğurlu olar", — pilot əlavə edib.

Xəbər lenti
0