12:31 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Пилот Red Bull Racing Макс Ферстаппен

Bakıda Formula 2 yarışlarına start verilib

© REUTERS / David Mdzinarishvili
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Artıq ilk saniyələrdə bir neçə pilot müvazinəti itirərək yolda müvəqqəti dayanıb

Bakı, 27 aprel — Sputnik. Paytaxt Bakıda keçirilən Formula-2 yarışlarının sıralanma turuna start verilib. Sputnik Azərbaycan xəbər verir ki, Formula-2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.

Artıq ilk saniyələrdə bir neçə pilot müvazinəti itirərək yolda müvəqqəti dayanıb. Amma marşalların köməyi ilə pilotlar hərəkətə davam edib. Qeyd edək ki, səhər saatlarında əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə "Carlin" komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54.136 saniyə göstərici ilə birinci yeri tutub.

İkinci ən yaxşı nəticə "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Gyotto (1:57.208), üçüncü nəticə "MP Motorsport"un pilotu Ralf Boşunqa (1:57.629) məxsusdur.

Qeyd edək ki, aprelin 28-də 29 dövrədən ibarət birinci, ertəsi gün isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Əlaqədar

Formula 2-nin növbəti yarışı başladı
Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü başa çatdı
Formula 1-dən ilk üzücü xəbər gəldi
Formula 1 yarışına vauçer alanların nəzərinə!
Formula 1-də daha bir sürpriz qonaq
Teqlər:
"Formula-2", marşallar, pilot, Bakı, yarış

Əsas mövzular