13:57 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
763 0 0

Prezident: "Bu layihənin içərisində kimlərin olduğunu bilirəm"

BAKI, 27 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında ölkənin 11-ci prezidenti olmuş Abdullah Gülün builki seçkilərdən yenidən namizəd olması ilə bağlı yayılan xəbərə münasibət bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla bildirir ki, Ərdoğan tərəfdarlarını hər şeyə hazır olmağa çağırıb.

"Abdullah Gülün namizəd olacağı məsələsinə pis oldum. Siz polemikaya girməyin, öz işinizlə məşğul olun. Hər işdə bir xeyir var, narahat olmayın. Bizdən də bəzilərini aldada bilərlər. Bu layihənin içərisində kimlərin olduğunu bilirəm. Nə etməyə çalışdıqlarını da bilirəm. Biz işimizlə məşğul olaq", — deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bu il iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Əlaqədar

Ərdoğan narahatdır: “Ortada ssenari var”
Ərdoğan ermənilərə başsağlığı verdi...
Türkiyədə ildırım sürətli qərar: Ərdoğan növbədənkənar seçkilərə getdi
Ərdoğan: "5 milyon insanı qətlə yetirənlər bizə dərs keçir"
Ərdoğan yaranmış vəziyyətdən çıxış yolu axtarır: Təcili zəng...
Teqlər:
prezident, seçki, Abdullah Gül, Türkiyə, Ərdoğan

Əsas mövzular