19:31 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Donald Tramp

Ağ Ev rəhbəri ermənilərin arzusunu gözündə qoydu

© AP Photo / Susan Walsh
XƏBƏRLƏR
Qısa URL
Ermənistanda etiraz aksiyaları (35)
207 0 0

ABŞ prezindeti baş verənləri "böyük fəlakət" adlandırıb

BAKI, 25 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən, ermənilərin gözləntilərinin əksinə olaraq "soyqırımı" deyil, "böyük fəlakət" ifadəsini işlədib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp qondarma "soyqırımı"nın 103-cü ildönümündə ermənilərə ünvanladığı məktubda yaşananları "böyük fəlakət" adlandırıb.

Müraciətin tam mətni Ağ Evin rəsmi saytında yerləşdirilib. "Bu gün XX əsrin ən böyük faciələrindən olan "Mets Yegren"-də əziyyət çəkmiş insanların xatirəsini anırıq", — deyə Tramp bildirib.

ABŞ-da çoxlu sayda erməni yaşadığını xatırladan prezident "daha tolerant bir gələcək qurmaq üçün keçmişin acı hadisələrini xatırlatmağın və qəbul etməyin önəmli olduğunu hesab edirik" mesajını verib.

Mövzu:
Ermənistanda etiraz aksiyaları (35)

Əlaqədar

Kadırovdan hədə: “Tramp və Merkeli saxlayıb, həbsə atacağıq”
Tramp yalançıdır və qadınlarla "ət" kimi davranır
Ərdoğan Tramp və Putinlə nələr danışdığını açıqladı
Donald Tramp fahişələri internetdən qovur
Ərdoğan və Tramp nədən danışdılar?

Əsas mövzular