Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bizim Planet"də Azərbaycanın növbəti 7 ili müzakirə olunub

© Photo : Ağyol İnformasiya Agentliyinin mətbuat katibi"Bizim Planet" verilişi
Bizim Planet verilişi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan dövləti bütün beynəlxalq məsələlərdə, siyasi-iqtisadi islahatların dərinləşməsində növbəti 7 il müddətində çox mühüm uğurlar əldə edəcək

Bakı, 23 aprel — Sputnik. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında izlədiyimiz "Bizim Planet" verilişində həftə ərzində baş verən vacib siyasi hadisələr ətrafında müzakirələr aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, verilişin budəfəki qonaqları millət vəkili, professor Elman Nəsirov və millət vəkili, Avropa- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev olub.

Politoloq Rufiz Qonaqov həftənin ən mühüm hadisəsi kimi aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimini qeyd edib. Bildirib ki, andiçmə mərasimində prezident çox vacib məsələlər ətrafında çıxış edib. Rufiz Qonaqov vurğulayıb ki, prezident İlham Əliyevin nitqində toxunduğu beynəlxalq məsələlər, Dağlıq Qarabağ problemi, sosial siyasət, iqtisadi inkişaf və digər vacib məqamlar çox mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi - Sputnik Azərbaycan
Azərbaycan Prezidenti and içdi

Bildirilib ki, Prezidentin son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişafın təmin edilməsi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qarşıda duran vəzifələr, növbəti yeddi ildə görüləcək işlər, sabitliyin təminatçısı kimi xalq-iqtidar birliyini xüsusi qeyd etməsi inanmalı və uğurlu gələcəyə əsas verir. Qeyd olunub ki, İlham Əliyev öz çıxışında budəfəki seçkinin də xalqın iradəsini əks etdirdiyini xüsusi vurğulayıb.

Məsələyə münasibət bildirən millət vəkili Cavanşir Feyziyev vurğulayıb ki, son 15 ildə Azərbaycan dövlətinin həyata keçirtdiyi islahatlar və Azərbaycan vətəndaşının rifah halının yüksəlməsi, iqtisadi, siyasi, mədəni inkişafı göstərir ki, Azərbaycanda bu qədər ardıcıl inkişaf tendensiyasının olduğu bir dövr müşahidə olunmayıb. Avropa- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri qeyd edib ki, ona görə də seçicilər haqlı olaraq bu dəfə əvvəlkindən daha yüksək səs faizi ilə İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdilər. Buna əsas isə seçkiyə qədər ölkə ərazisində baş verən əlamətdar hadisələr idi.

Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışını şərh edən siyasətçilər maraqlı diskussiyalar aparıblar. Bildirilib ki, İlham Əliyevin həyata keçirtdiyi uğurlu daxili və xarici siyasət, eləcə də Azərbaycanın bu gün Cənubi Qafqazın lider dövləti olmasının əsası düzgün qurulan dövlətçilik siyasətinin layiqincə davam etdirilməsindədir. Vurğulanıb ki, 15 il ərzində görülən işlər sayəsində əldə olunan uğurlar, dünya miqyasında həyata keçirilən iri infrastruktur layihələrə imza atılması Azərbaycanı böyük enerji ölkəsi kimi tanıdıb. Qeyd olunub ki, ölkədə gedən yüksək səviyyəli sosial-iqtisadi inkişaf onu göstərir ki, Azərbaycan müstəqillik tarixində heç vaxt bu qədər güclü dövlət olmamışdı. 

İlham Əliyevin andiçmə mərasimindən maraqlı kadrlar - Sputnik Azərbaycan
VİDEO
İlham Əliyevin andiçmə mərasimindən maraqlı kadrlar

"Bizim Planet"də İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə sözünü deyən bir ölkəyə çevrilməsinə faktlarla nəzər yetirilib. Qeyd edilib ki, Azərbaycan dünyanın ən qabaqcıl beynəlxalq təşkilatlarına üzv olmaqla bərabər, beynəlxalq tribunalarda öz sözünü demək iqtidarına sahibdir. Vurğulanıb ki, Azərbaycan beynəlxalq aləmdə öz tələb və təkliflərini irəli sürərək mühüm layihələrə imza atmaq, hətta o layihələrə ev sahibliyi etmək missiyasını daşıyır. Möhtəşəm beynəlxalq yarışlara, qlobal forumlara, vacib görüşlərə ən yüksək səviyyədə rəhbərlik edir. Bildirilib ki, Azərbaycanın daxilində baş verən ciddi dəyişikliklər beynəlxalq təşkilatlara çox gözəl məlumdur. Buna görə də onlar bu qısa müddətdə Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir və ölkəmizi böyük məmnuniyyətlə öz sıralarına daxil edirlər.

Verilişdə qeyd olunub ki, dövlət başçısının öz çıxışında Azərbaycanda gedən sürətli demokratik inkişaf, bütün azadlıqların təmin edilməsi ilə bağlı fikirləri son illərin ən vacib uğurlarından hesab olunur. İlham Əliyevin siyasi mübarizə mədəniyyəti istiqaməti ilə bağlı fikirlərində namizədlərin çıxışlarında tənqidi fikirlərinin səslənməsi faktını vurğulaması, qaldırılmış məsələlərə diqqətlə baxılacağı və dəyərli təkliflərin nəzərə alınması ilə bağlı fikirləri də müsbət hal kimi qiymətləndirilib.

"Bizim Planet"də Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli çıxışına xüsusi nəzər yetirilib. İlham Əliyev nitqində bildirib: "Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma "Dağlıq Qarabağ"ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma "referendum"u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər".

Bizim Planet verilişi - Sputnik Azərbaycan
"Bizim Planet"də 11 aprel prezident seçkiləri müzakirə edilib

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov deyib ki, cənab Prezidentin toxunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışı əsas məsələlər sırasına daxildir: "Dövlət başçısı dəfələrlə qeyd edib ki, Azərbaycan siyasətinin ən mühüm prioritet istiqamətləri bu münaqişənin həlli məsələsidir. Münaqişənin həllində elə bir ciddi irəliləyiş əldə edilməsə də, Azərbaycanın siyasi, diplomatik və hərbi üstünlüyü tam təmin edilib. Ermənistan istisna olmaqla dünyanın heç bir ölkəsi bu qondarma rejimi tanımayıb. Bu bizim çox mühüm siyasi nailiyyətimizdir".

Maraqlı siyasi müzakirələrin aparıldığı "Bizim Planet"də Ermənistanda baş verən son hadisələr barəsində də danışılıb. Bildirilib ki, son günlər Ermənistanda məxməri inqilab adı altında baş verən siyasi etiraz dalğası alovlanmaqda davam edir. Dünyanın ən qabaqcıl və nüfuzlu KİV-nin qeydə aldığı bu hadisələr artıq sübut etdi ki, işğalçı rejimin yaratdığı yalançı Ermənistan dövlətinin varlığı və aqibəti göz qabağındadır. Sarqsyan rejiminə qarşı başlayan bu kütləvi etirazlar onu göstərir ki, erməni xalqı qarşısında duran əsas problemi- Dağlıq Qarabağ problemini və bu məsələnin doğurduğu kasıbçılıq, işsizlik və ağır güzəran məsələləri Azərbaycanla dil tapmadan mümkünsüzdür. Hətta Ermənistan mətbuatında dərc olunan informasiyalarda da Azərbaycanın uğurlarından bəhs olunması Ermənistan dövlətinin maddi- mənəvi çökməsi və Azərbaycan dövlətinin şərəfli qələbəsidir.

Qeyd olunub ki, hər bir sahə üzrə konkret proqram və planları olan Azərbaycan dövləti bütün beynəlxalq məsələlərdə, siyasi-iqtisadi islahatların dərinləşməsində və s. istiqamətlərdə növbəti 7 il müddətində çox mühüm uğurlar əldə edəcək.

Xəbər lenti
0