11:14 14 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Formula 1

Gözlənilən gün yetişdi - Ehtiyatlı olun

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
695 0 0

İctimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Bakı, 23 aprel — Sputnik. Bu gündən etibarən "Formula-1 Azərbaycan Qran-Prisi" yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Sputnik Azərbaycan xəbər verir ki, məhdudiyyət aprel ayının 22-dən 23-nə keçən gecədən etibarən tədbir tam başa çatana qədər yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda davam edəcək. 

Yarışının keçirilməsi ilə əlaqədar istiqamət Bakı şəhər halqası kimi tanınan ərazi üzrə — Azneft, Dənizkənarı bulvar boyunca — Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla dəyişdirilib.

Bu istiqamət üzrə avtomobillərin hərəkəti, əsasən, Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülər alternativ variant olaraq Afiyyədin Cəlilov — Yusif Səfərov, Yusif Səfərov — 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük verməlidirlər.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edir.

Bakı Nəqliyyat Agentliyi (BNA) isə bu gündən etibarən Bakıda keçirilən "Formula-1 Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik edilib. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb.

BNA-nın sözçüsü Mais Ağayev bildirib ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq.

Əlaqədar

Sərnişinlərə "Formula 1" ilə bağlı önəmli məlumat
Formula 1 yarışına vauçer alanların nəzərinə!
Formula 1-də daha bir sürpriz qonaq
"Formula-1"-də gözlənilməz hadisə baş verdi
Azərbaycanın “Formula 1”-dən əldə etdiyi gəlir açıqlanıb
Prezident "Formula-1"-in rəhbərini qəbul edib
"Formula 1" yarışlarının təşkilində dəyişiklik olub
Teqlər:
hərəkət marşrutu, "Formula-1 Azərbaycan Qran-Prisi", məhdudiyyət, avtobus

Əsas mövzular