Həmkəndlilər arasında qan düşdü

© Sputnik / Murad OrujovЖенщина наносит удар ножом, фото из архива
Женщина наносит удар ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Zaqatala rayonunda cinayət hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qımır kəndində qeydə alınıb.

Kənd sakinləri, 1997-ci il təvəllüdlü Sabir Gözəlov və 1987-ci il təvəllüdlü Fafiz Səmədov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı S.Gözəlov əlində olan bıçaqla F.Səmədovun sol bud nahiyəsinə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Xəsarət alan şəxsə Zaqatala Mərkəzi Rayon Xəstəxanasında lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0