Azərbaycana yenə "ərəb rüzgarı" yaxınlaşır - Xəbərdarlıq

© Sputnik / Taleh MahmudovТуманная погода в Баку
Туманная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə ərazisində qısmüddətli toz-dumanı gözlənilir

BAKI, 18 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna səbəb 18 aprel 2018-ci il tarixində günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Xəbər lenti
0