FHN Xəzərdə axtarış-xilasetmə əməliyyatına başladı

© Sputnik / Rahim MuradovXəzər dənizində balıqçı dirəkləri
Xəzər dənizində balıqçı dirəkləri - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzər dənizində balıqçı itkin düşüb

BAKI, 17 aprel — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Xəbər lenti
0