00:47 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Şabrandakı küçələrdən birinə aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun adı verilib

Aprel şəhidinin adına küçə verildi

© Sputnik / Leyla Abdullayeva
XƏBƏRLƏR
Qısa URL
73 0 0

Babək Vəfadar oğlu Abidovun aprel döyüşləri zamanı göstərdiyi igidlikdən danışılıb

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Şabrandakı küçələrdən birinə 2016-cı ilin aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun adı verilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, küçənin açılışı ilə bağlı rayon mərkəzində tədbir keçirilib.

Aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun qəbri
© Sputnik / Leyla Abdullayeva
Aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun qəbri

Tədbirdə Şabranın Zeyvə kəndində anadan olan Babək Vəfadar oğlu Abidovun aprel döyüşləri zamanı göstərdiyi igidlikdən danışılıb. Şəhidin atası Vəfadar Abidov göstərilən diqqət və qayğıya görə minnətdarlığını dilə gətirib. Sonda üzərində şəhidin ad və soyadı əks olunan lövhənin açılışı olub.

Aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidov
© Foto : Ailənin şəxsi arxivindən
Aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidov

Qeyd edək ki, Babək Abidov 2 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Azərbaycan Respublikasinin prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi ximətdə fərqlənməyə görə III dərəcəli medal" ilə təltif edilib.

Əlaqədar

Aprel şəhidinin anasından cəsarətli çağırış: "Dik durun, ağlamayın!"
Aprel şəhidinin xatirəsi əbədiləşdirildi — FOTO
"Şəhidlər Xiyabanının bazasında soyqrımı muzeyi yaradılsın"
Prezident müharibə əlilləri və şəhid ailələrini sevindirdi
Teqlər:
aprel şəhidi, Babək Vəfadar oğlu Abidov, Şabran, küçə

Əsas mövzular