Anar Nağılbaz xəstəxanaya yerləşdirildi

© Sputnik / Kemale AliyevaРепер Анар Нагылбаз: у меня есть неопровержимые доказательства
Репер Анар Нагылбаз: у меня есть неопровержимые доказательства - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün verilişlərin birinin çəkilişlərinə qatılmalı idi, amma səhhəti buna imkan vermir"

BAKI, 16 aprel — Sputnik. Tanınmış reper Anar Nağılbazın səhhəti pisləşib. Bu barədə Lent.az-a reperin yaxınları xəbər veriblər.

Репер Анар Нагылбаз: у меня есть неопровержимые доказательства - Sputnik Azərbaycan
İntim videosu yayılan Anar Nağılbaz ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bildirilib ki, A.Nağılbazın bir neçə gündür özünü yaxşı hiss etmir: "Artıq bu gündən xəstəxanadadır. Özünü yaxşı hiss etmir. Həkimlərin nəzarətindədir. Hətta bu gün verilişlərin birinin çəkilişlərinə qatılmalı idi, amma səhhəti buna imkan vermir".

Xatırladaq ki, A.Nağılbaz aprelin 17-də "APA TV"-də Yalçın Uğurun təqdimatında "Show time" verilişində qonaq olmalı idi. Lakin reper səhhəti ilə bağlı verilişə çıxa bilməyəcəyini mesaj vasitəsi ilə bildirib: "Mən xəstəxanaya yerləşdirilmişəm, üzrlü sayın".

Qeyd edək ki, bir müddət öncə reperin anası Şərqiyyə Cəlilova mətbuata açıqlamasında oğlunun səhhətinin yaxşı olmadığını, şəkər xəstəliyindən əziyyət çəkdiyini, təzyiqi ilə bağlı probleminin olduğunu demişdi.

Xəbər lenti
0