Azərbaycan prezidentinə təbrik məktubları gəlir

© Sputnik / Talyb BarkhudayevPrezident İlham Əliyev seçki məntəqəsində səs verir
Prezident İlham Əliyev seçki məntəqəsində səs verir - Sputnik Azərbaycan
Abunə olmaq
Əcnəbi ölkə rəhbərləri Azərbaycan prezidentini qələbə münasibətilə təbrik ediblər

BAKI, 13 aprel — Sputnik. İlham Əliyevə yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik məktubları gəlir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu gün Ukraynanın prezidenti Pyotr Poroşenko, Albaniya Respublikasının prezidenti İlir Meta, Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov və Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov İlham Əliyevi təbrik edib.

Onlar İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, bu qələbəni ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirilən siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqi kimi qiymətləndiriblər. Əcnəbi ölkə rəhbərləri Azərbaycan prezidentinə can sağlığı, yeni-yeni nailiyyətlər, nəzərdə tutulmuş planların gerçəkləşməsi və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətində uğurlar arzu ediblər.

Xəbər lenti
0