AZAL ölkədən gediş-gəlişlə bağlı açıqlama yaydı

Abunə olmaq
Yanvar-mart aylarında bu istiqamətlərə 500 mindən çox sərnişin uçub

BAKI, 13 aprel — Sputnik. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin birinci rübü ərzində, təxminən 900 min sərnişinə xidmət göstərib. Bu barədə Sputnik Azərbaycan-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur. "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 104 min sərnişin düşüb. 768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6 faizi) beynəlxalq reyslərlə daşınıb.

Xatırladaq ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçub.

Qeyd edilir ki, cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – "Etihad Airways" yerinə yetirməyə başlayıb.

Xəbər lenti
0